Bu yaxınlarda Yerüstü Peyk İdarəetmə Mərkəzinin tikintisinə başlanılacaq
Məlum olduğu kimi, Azərbaycan Respublikasının ilk telekommunikasiya peykinin 2012-ci ilin IV rübündə geostasionar orbitə çıxarılması nəzərdə tutulub.
Peyk Azərbaycanda inşa ediləcək Yerüstü Peyk İdarəetmə Mərkəzindən idarə ediləcək. Tikinti işlərinə cari ilin oktyabr ayının sonlarında başlanılacaq. Hazırda ikinci telekommunikasiya peykinin hazırlanması istiqamətində işlər həyata keçirilir.
Həmçinin, aşağı orbitli yerin müşahidə peyklərinin də hazırlanması ilə bağlı araşdırmalar aparılır. Müşahidə peykləri sisteminin qurulması hər hansı ərazinin real vəziyyətini əks etdirən topoqrafik xəritələrin hazırlanması, ekoloji monitorinq və ətraf mühitin mütəmadi müşahidəsi, daşqınların inkişafının proqnozu və nəzarət olunması, neft axınlarının monitorinqi və neft ləkələrinin hərəkəti, hava haqqında proqnoz və təhlükəli təbiət hadisələrinin monitorinqi, kənd təsərrüfatı məhsuldarlığının proqnozu, meşə qırılmalarının izlənilməsi və yanğınların müəyyən edilməsi, müxtəlif fövqəladə hadisələrin proqnozu və operativ idarə olunması, sərhədlərə nəzarət məsələləri və s. tədbirlərin həyata keçirilməsinə xüsusi təkan verəcəkdir.
Qeyd edək ki, peyk ABŞ-ın aparıcı peyk istehsalçısı olan “Orbital Sciences” korporasiyası, daşıyıcı raket isə Fransanın “Arianespace” şirkəti tərəfindən hazırlanır.
Peykin Cənubi Amerikada yerləşən Fransız Qayanasındakı Kürü kosmodromundan 46° şərq uzunluğu yerləşən orbital mövqeyə çıxarılması nəzərdə tutulur. Peykin çıxarılacağı 46° şərq uzunluğu orbital mövqeyi Malayziyanın “Measat” şirkətinə məxsusdur.
İlk müşahidə peykinin 2014-cü ildə orbitə çıxarılması planlaşdırılır. İkinci peykin 2015-ci ildə orbitə çıxarılması planlaşdırılır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL