İritutumlu məlumatlarla iş üçün yeni superkompüter yaradılıb
“Hewlett Packard” şirkəti rekord - 160 terabayt yaddaş tutumuna malik kompüter prototipi təqdim edib. Söhbət özündə operativ və quraşdırılmış yaddaş xüsusiyyətlərini birləşdirən yaddaşdan gedir.
“ICTnews” Elektron Xəbər Xidməti “BBC” resursuna istinadən yazır ki, iritutumlu məlumatlarla iş üçün yaradılan kompüter eyni anda həcmi 160 milyon kitaba bərabər informasiyanı təhlil edə bilir.
Məlumata görə, “The Machine” adlanan qurğu “Linux” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Kompüter yaradıcıları əsas diqqəti prosessora deyil, yaddaşa yönəldiblər.
Şirkət nümayəndələri bildirib ki, kompüterin yaradıldığı tədqiqat layihəsi çərçivəsində yekun nəticədə sonsuz yaddaş tutumuna malik qurğu hazırlana bilər.
“HP” rəhbəri xanım Meq Uitman qeyd edib ki, bütün sənayeni dəyişəcək və ya texnologiyaların həyatını dəyişən növbəti elmi tərəqqinin, innovasiyaların sirrinin açılması bu yaxınlarda baş verəcək. “Biz əvvəlki texnologiyalara güvənə bilmərik, bizə iritutumlu məlumatlar dövrü üçün yaradılan kompüter lazımdır”, - o vurğulayıb.
“The Machine” kompüteri üzərində iş beş il əvvəl başlayıb. Şirkət mütəxəssisləri mövcud kompüterlərin gücünün iritutumlu məlumatlarla iş üçün kifayət etməməsi qərarına gələrək məxsusi olaraq bu məqsəd üçün yeni superkompüter yaradıblar. Təxminən üç il əvvəl “HP” laboratoriyası əməkdaşlarının 75 faizi kompüterin hazırlanması ilə məşğul olub.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL