“Samsung” şirkəti uzadıla bilən OLED displey hazırlayıb
“Samsung” şirkəti dünyada ilk uzadıla bilən ekran təqdim edəcək. Yeni displey 23-25 may tarixlərində keçiriləcək “SID” (“Society for Information Display”) konfransında nümayiş etdiriləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “therunet.com” saytına istinadən yazır ki, indi “Samsung” şirkəti yalnız bir istiqamət üzrə bükülən ekranlar istehsal edir, yeni displeyi isə hər iki istiqamət üzrə istənilən formada əymək, bükmək mümkündür. Ekranın ölçüsü 9,1 düymdür (23 sm), onun səthi 12 mm uzadıla bilər və mobil qurğu və avtomobillərdə tətbiq edilə bilər.
Analitiklərin proqnozuna görə, 2022-ci ilədək elastik ekranlar bazarının həcmi 15,5 milyard dollar təşkil edəcək. Ötən il bu göstərici 3,7 milyard dollar olub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL