"Oppo" şirkəti "selfie" həvəskarları üçün nəzərdə tutulan yeni "Oppo A77" smartfon modelini nümayiş etdirib.
"ICTnews" Elektron Xəbər Xidməti "CHIP" resursuna istinadən yazır ki, bu məqsəd üçün qurğuda əlavə xüsusi portret rejimi və "Beauty 4.0" təsvirlərinin dərhal emalı üçün alətlər dəstindən ibarət "f/2,0" maksimal diafraqmalı 16 meqapikselli ön kamera quraşdırılıb. Smartfon 1920х1080 (Full HD) piksel təsvir ölçülü 5 düymlü ekran, 1,5 qiqahers takt tezlikli səkkiznüvəli "MediaTek MT6750T" prosessor, 4 qiqabayt operativ və 64 qiqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz edilib.
Əsas kamera "f/2,2" maksimal diafraqmalı 13 meqapikselli modul, mərhələli avtomatik fokuslama və iki işıqlandırıcı ilə təchiz olunub. Akkumulyatorun tutumu 3200 milliamper/saat təşkil edir. Korpusu metaldan ibarət qurğunun "Home" düyməsində barmaq izi skaneri quraşdırılıb. Dördüncü nəsil mobil rabitə şəbəkələrində (4G) işi dəstəkləyən və qiyməti 360 dollara bərabər smartfon "Android Marshmallow" əməliyyat sisteminin "ColorOS 3.0" versiyasının idarəetməsi ilə işləyir.