waplog

“Android” qlobal smartfonlar bazarında liderliyini möhkəmləndirib


“Gartner” analitik şirkətinin məlumatına görə, “Android” mobil əməliyyat sistemi qlobal smartfonlar bazarında liderliyini möhkəmləndirib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2017-ci ilin birinci rübündə “Android” mobil sistemli smartfonların qlobal satış həcmi 327,2 milyon təşkil edib. Ötən ilin müvafiq dövründə bu göstərici 292,7 milyon idi. Nəticədə cari ilin birinci rübündə sözügedən platformanın bazar payı 2% yüksələrək 86,1% təşkil edib.

Tədqiqatçılar “Android” sisteminin mövqeyinin güclənməsini dünyada Çin brendlərinin  tanınması və yüksək keyfiyyətli aparatların istifadəyə verilməsi ilə izah ediblər. Bundan başqa, ucuz qurğuların təşviqi üçün nəzərdə tutulmuş “Android Go” sistemi artımı təmin edir.

“Gartner” şirkətinin məlumatına görə, 2017-ci ilin yanvar-martında istehlakçılar 52 milyon “iPhone” smartfonu satın alıblar, buna görə də “iOS” platformasının bazar payı 13,7% təşkil edib. Ancaq bu göstərici 2016-cı ilin birinci rübü ilə (14,8%) müqayisədə azdır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL