waplog

Təhlükəsiz “LG X Venture” smartfonu təqdim edilib


Cənubi Koreyanın “LG Electronics” korporasiyası tərəfindən təqdim edilmiş orta səviyyəli yeni smartfon yüksək təhlükəsizlik imkanlarına malikdir.

“LG X Venture” modeli “IP68” və “MIL-STD 810G” standartlarına cavab verir və bu, o deməkdir ki, qurğu 30 dəqiqə ərzində 1,5 metr dərinliyində suyun içində qala bilər. Bundan başqa, telefon zərbələrə, toz və suya qarşı davamlıdır.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, smartfon “IPS” matrisi və “In-Cell Touch” sensor texnologiyası üzrə hazırlanmış “Full HD” (1920x1080 piksel) 5,2 düymlük ekranla təchiz edilib. Aparat 1,14 takt tezlikli 8 nüvəli “Qualcomm Snapdragon 435” prosessoru, 2 QB əməli yaddaş və 32 QB-lıq daimi yaddaşa malikdir.

Əsas kameranın təsvir ölçüsü 16 meqapiksel, ön kamerada isə 5 meqapikseldir.

Telefon 4100 milliamper/saat tutumlu akkumulyator batareyasına malikdir və “Android 7.0 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Smartfonun qalınlığı 9,3 mm, çəkisi isə 167 qr-dır.

26 may 2017-ci il tarixində satışa çıxarılacaq “LG X Venture” smartfonunun qiyməti təxminən 330 dollar təşkil edəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL