Ən sürətli sensorlu qələm istehsal olunub
“Microsoft” korporasiyası “Surface Pro” istehsal xəttindən olan noutbukları yeniləyərək qurğunun beşinci nəslini təqdim edib. Ayrıca olaraq sensorlu ekrana malik noutbuklarla iş üçün uyğunlaşdırılan sensorlu qələm nümayiş olunub.
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, mühəndis Stivi Batiçin sözlərinə görə, “Microsoft Surface Pen” qurğusu ilə korporasiya irəliyə böyük addım atıb. İndi qələm basılmanı daha yaxşı imitasiya edərək pero qələm və ya karandaş təsəvvürü yaradır. Həmçinin, basılmadan cizgilərin qalınlığı asılı olur, qələm isə məlumatları kompüterə daha tez ötürür.
Məlumata görə, ekranda mürəkkəbin görünmə sürəti və çağırışa reaksiya vermə vaxtı 100 milli-saniyə təşkil edir. “Microsoft” nümayəndələrinin sözlərinə görə, bu, dünyada ən sürətli qələmdir. Məsələn, o, çağırışa reaksiya vermə baxımından əvvəlki nəsil qələmdən dörd dəfə sürətlidir. Həmçinin, “Microsoft Surface Pen” sürətinə görə “Apple” şirkətinin oxşar “Apple Pencil” aksessuarını iki dəfə üstələyir. Qələm həm yeni, həm də köhnə “Microsoft” noutbukları ilə işləyəcək. Lakin köhnə model noutbuklarda qurğunun sürətinin zəif olacağı qeyd olunur.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL