waplog

Azərbaycanda 1,5 milyon mobil telefon qeydiyyatdan keçirilib


Mobil telefonların İMEİ-kodlarının verilənlər bazasında 1,5 milyondan çox mobil telefon qeydiyyatdan keçib.

Bu barədə məlumat verən “RCom” şirkətinin rəhbəri Seymur Məmmədov bildirib ki, sistem inteqratoru funksiyasını yerinə yetirən “RCom” Azərbaycan şirkətinə sistemin texniki quraşdırılmasına aid işlərin görülməsi tapşırılıb.

Qeydiyyat gömrükdə və operatorun şəbəkəsinə qoşulma vasitəsilə həyata keçirilir. Sistemin işə salınması yekun sənəd qəbul olunduqdan sonra gözlənilir.

Şirkətdən verilən məlumata görə, dövlət strukturları yekun sənədə növbəti düzəlişlər əlavə edib.

Düzəlişlər əsasən hamı tərəfindən qəbul edilmiş normativ sənədlər və qanunvericilik aktlarla uyğunlaşdırılan terminologiyaya edilib.

Hal-hazırda sənədlə bağlı bütün vacib suallar artıq həll olunub. Son razılaşdırmadan sonra sənəd Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır və qüvvəyə minməlidir.

Yekun sənədin qəbul olunması mobil telefonların İMEİ-kodlarının qeydiyyat sisteminin qısa bir vaxtda işə salınması üçün imkan yaradacaq.

S.Məmmədovun fikrincə, GSM-operatorlar hələ ki texniki cəhətdən qeydiyyat sistemi ilə inteqrasiyaya hazır deyillər. “Texniki cəhətdən mobil operatorların qeydiyyat sisteminə inteqrasiyası çox vaxt almayacaq.

Operatorların sistemə qoşulması haqqında son qərar birbaşa hökumət tərəfindən verilməlidir. Məsələn, Türkiyədə operatorların üzərinə müəyyən şərtlər qoyulub və bu şərtlərə əməl etməyənlərə cərimələr tətbiq olunur.

Buna görə Türkiyə operatorlarının sistemə inteqrasiyası 3-4 ay vaxt çərçivəsində həyata keçirilib.

Operatorları İMEİ-kodların qeydiyyatı sisteminə qoşmaq üçün onların şəbəkələri audit və ekspertizadan keçirilməlidir. Bundan sonra onlara bütün tərəfləri qane edən və layihəyə daxil olunan həllər təklif olunacaq.

Yeni sistem, telefonların oğurlanmasına qarşı qəbul olunan tədbirlərin effektivliyinin artırılmasından savayı, mobil telefonlar bazarının vəziyyəti haqqında (bazarın həcmi, leqal və qeyri-leqal malların sayı) dəqiq məlumat əldə etməyə imkan yaradacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL