waplog

Üç yeni “Sony” smartfonu nümayiş olunacaq


Yaponiyanın “Sony” texnoloji şirkəti sentyabrda Berlində keçiriləcək “IFA” konfransında “Xperia XZ1”, “Xperia XZ1 Compact” və “Xperia X1” smartfon modellərinin nümayişini planlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, qabaqcıl “Xperia XZ1” qurğusunun aparat platformasının əsasında 4 qiqabaytlıq operativ yaddaşla birlikdə birkristallı “Qualcomm Snapdragon 835” məhsuldarlıq sistemi tətbiq ediləcək. Smartfonun ekran diaqonalı 5,2 düym, təsvir ölçüsü 1080x1920 piksel təşkil edəcək.

“Xperia XZ1 Compact” adından göründüyü kimi, qabaqcıl “XZ1” modelinin kiçildilmiş versiyasıdır. Qurğuda eyni çip və operativ yaddaş həcmi quraşdırılsa da, displeyin diaqonalı 4,6 düymə bərabər olacaq.

Beş düymlü ekranla təchiz edilən “Xperia X1” smartfonunda az məhsuldarlığa malik “Snapdragon 660” prosessoru və 4 qiqabaytlıq operativ yaddaş quraşdırılıb.

Yeni “Sony” smartfonlarının kamera ilə əlaqədar innovativ texnologiya ilə seçiləcəyi gözlənilir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL