waplog

Yeni “Huawei” planşetləri təqdim ediləcək


Çinin “Huawei” şirkəti “Honor Play Tab 2” planşet kompüterlərinin təqdimatına hazırlaşır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, 8 və 9,6 düym diaqonallı modellərdən ibarət qurğuların “IPS” ekranlarının təsvir ölçüsü 1280х800 piksel təşkil edir. Qabarit və çəkidən başqa modellər digər xüsusiyyətlərinə görə tam oxşardır. 1,4 qiqahers takt tezlikli dördnüvəli “Snapdragon 425” prosessorunun quraşdırıldığı planşetin operativ yaddaşı 2 və ya 3 qiqabayta, quraşdırılmış yaddaşı 16 və ya 32 qiqabayta bərabərdir. Həmçinin, yalnız “Wi-Fi” və ya “4G/LTE” şəbəkələrini dəstəkləyən versiyalar mövcuddur.
 
Kameralarının təsvir ölçüsü 5 və 2 meqapiksel təşkil edən planşetlərin korpusunda “microSD” yaddaş kartı üçün çıxış, “Bluetooth 4.1” və “GPS” modulları quraşdırılıb. Akkumulyatorun tutumu 4800 milliamper/saat təşkil edir. Kiçik versiyanın qabarit ölçüləri 211,07х124,65х7,95 mm, çəkisi 350 qram, böyük versiyanın müvafiq olaraq 229,8х159,8х7,95 mm və 460 qramdır. Modellər “EMUI 5.1” interfeysli “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
 
Qurğuların satışına iyunun 1-dən etibarən başlamaq nəzərdə tutulur.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL