Smartfonlar üçün əlavə reallıq printeri hazırlanıb
“Prynt” şirkəti smartfonlar üçün əlavə reallıq printeri yaradıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, bundan sonra istənilən qurğu sahibi telefonla özünün və dostlarının şəkillərini çəkməklə yanaşı, uğurlu şəkilləri yapışqan əsaslı foto kağızda dərhal çap edə biləcək. Lakin əsas fərqləndirici cəhət printerdə çap edilən fotoşəkillərin hərəkətə gəlməsindədir.
Məlumata görə, fotoşəkilin hərəkətə gəlməsi üçün ona ön kameradan baxaraq şəkildəki insanların hərəkət etməsini görmək olar.
“Prynt” şirkətinin əvvəllər smartfonlar üçün printer buraxmasına baxmayaraq onun təqdim edilən yenilənmiş versiyası daha yaxşı, nazik və sürətlidir. Həmçinin, qurğu bütün smartfon modelləri ilə uyğunluq təşkil edərək işləyir.