“iCloud” servisinin təhlükəsizliyi gücləndiriləcək
“Apple” şirkəti hazırladığı əlavələrin təhlükəsizlik səviyyəsini gücləndirmək niyyətindədir.
“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, məlumata görə, iyundan etibarən “iCloud” servisinin istifadəçilərindən kənar proqramlardan istifadə üçün parolları dəyişmək tələb olunacaq.
Bildirilir ki, “iCloud” istifadəçiləri “bulud” əlavəsinə daxil olmazdan əvvəl bir sıra əməliyyatları yerinə yetirməli olacaqlar. Hazırda “Apple” parolların göstərilməsini mütləq tələb kimi tətbiq etməyə başlamayıb.
Ekspertlərin fikrincə, ABŞ istehsalçısı bu addımı Çində “Apple” əlavələrinin mühafizə səviyyəsinin zəif siyahıya daxil edilməsini bildirən hesabat dərc edildikdən sonra atmalı olub. Bundan əlavə, bu yaxınlarda dünyada milyonlarla kompüteri yoluxduran virus hücumu nəzərə alınıb.
Qeyd edək ki, ilk dəfə 2011-ci ilin ortalarında təqdim edilən “Apple” şirkətinin “iCloud” “bulud” servisi qurğular (PC, Mac, iPod Touch, iPhone, iPad) arasında müxtəlif informasiyanı sinxronlaşdırmağa imkan verir. Burada bütün istifadəçilərə müxtəlif informasiyanı saxlamaq üçün 5 qiqabaytlıq disk verilir. Servis, həmçinin “iTunes” musiqi pleyeri ilə sinxronizə edilib. “iCloud” vasitəsilə elektron poçt məlumatlarının mübadiləsi mümkündür. Yaxın insanların və dostların əvvəlcədən razılığı ilə onların olduqları yerlər haqqında məlumat əldə etməyə imkan verən “Dostları tap” əlavəsi xüsusi diqqət cəlb edir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL