waplog

“Android” sisteminin yaradıcısı ilk smartfonunun təqdimetmə tarixini açıqlayıb


Ötən il məlum olub ki, “Android” mobil əməliyyat sisteminin yaradıcılarından biri Endi Rubin “Android” sistemi ilə işləyən qabaqcıl smartfon təqdim etmək niyyətindədir. Cari ilin əvvəlində onun tərəfindən əsası qoyulmuş “Essential Products” şirkəti cihazın istehsalı və buraxılışı ilə məşğul olacaq. Endi Rubin “Google”, “Apple”, “Samsung” və başqa şirkətlərin keçmiş əməkdaşlarını bir araya toplayıb. Martın sonunda gələcək smartfonun ilk görüntüsü dərc edilib. İndi Endi Rubin smartfonun təqdimetmə tarixini açıqlayıb və gələcək aparatın təsvirini dərc edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti 4pda.ru saytına istinadən yazır ki, məlumata görə, smartfon 2560x1312 piksel təsvir ölçülü çərçivəsiz 5,5 düymlük ekran, 2,2 QHs takt tezlikli 8 nüvəli “Snapdragon 835” prosessoru, 4 QB əməli yaddaş, 16 QB daxili yaddaş, 12 meqapiksellik əsas və 8 meqapiksellik ön kameralarla təchiz edilib.
 
“Android” sisteminin yaradıcısı tərəfindən yaradılmış smartfon haqda bütün təfərrüatlar 30 may tarixində məlum olacaq.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL