Ötən həftə Los-Ancelesdə keçirilmiş “Society for Information Display 2017” illik sərgisində istehsalçılar displeylər sahəsində öz qabaqcıl texnologiyalarını təqdim ediblər. “Samsung” şirkəti bir neçə innovativ həll təqdim edib. Məsələn, 4K təsvir ölçüsünü dəstəkləyən 1,96 düymlük LCD displey və xüsusi eynəkdən istifadə etmədən 3D dəstəkli 5,09 düymlük “OLED” ekran nümayiş etdirilib. Ən mühüm yenilik dartıla bilən ekran olub. İndi “Samsung Display” sözügedən ekranın işini nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Samsung” şirkətinin yeni tip displeyini yalnız bükmək deyil, həm də dartmaq mümkündür. Videoda bu texnologiya üzrə hazırlanmış 91 düymlük “OLED” displeyin aşağıdan basılması göstərilir. Bundan sonra ekran əvvəlki formasına qayıdır.