Bakıda RRB-nin radiotezliklər üzrə toplantısı keçiriləcək
11-14 oktyabr 2011-ci il tarixlərində Bakı şəhərində Regional Rabitə Birliyinin orta və uzun dalğalarda fəaliyyət göstərən (əvvəllər sinxron rejimdə ) səs yayımının tədbiqinin təkmilləşdirilməsi məqsədi ilə yaradılmış işçi qrupun 7-ci iclası keçiriləcək.
Dövlət Radiotezliklər İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mehdi Ağagülovun verdiyi məlumata görə, hər il MDB ölkələrinin birində keçirilən toplantının gündəliyində mövzuya dair müzakirəyə çıxarılacaq müxtəlif məsələlər var.
MDB ölkələrinin rabitə administrasiyalarının, radiotezliklər üzrə komitələrin nümayəndələrinin qatılacağı toplantıda eyni zamanda müxtəlif tezlik zolaqlarının sərbəst rejimə keçdikləri halda RRB-nin digər administrasiyalarının qeyd olunan tezlikdə işləyən avadanlıqlara maneə yaratma ehtimalının araşdırılması, RRB administrasiyaları tərəfindən “Cenevrə-75” planına uyğun olaraq sinxron rejimdə işlənilən və Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyatda olan stansiyalara dair son variantların verilməsi və s. mövzular da müzakirə ediləcək məsələlər sırasındadır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL