waplog

"Güzəştli mənzil" sistemi "Elektron hökumət" portalı üzərindən fəaliyyətə başladı


Ölkə başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında" 16.11.2016-cı il tarixli Fərmanına əsasən "Güzəştli mənzil" sistemi "Elektron hökumət" portalına (www.e-gov.az) inteqrasiya edilib.

"Elektron hökumət" portalında "Elektron imza" və ya "ASAN imza" vasitəsi ilə qeydiyyatdan keçib "Güzəştli mənzil" sistemi elektron xidmətindən istifadə etmək mümkündür.

Beləliklə, bu gündən etibarən güzəştli mənzil əldə etmək hüququ olan vətəndaşlar "Elektron hökumət" portalına daxil olmaqla müraciətlərini Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) göndərə bilərlər.

Bunun üçün, portalın "Bütün xidmətlər" bölməsindən Prezident Yanında Mənzil İnşaatı Dövlət Agentliyinin xidmət qrupu arasından "Güzəştli mənzil" sistemi elektron xidmətini seçmək lazımdır.


























Xidməti portalın axtarış qutusuna, "Güzəştli mənzil" sistemi yazmaqla da tapa bilərsiniz. Xidmətə müraciət etməzdən əvvəl istifadəçi təlimatı ilə mütləq tanış olun.

Aşağıdakı suallara cavab tapmaq üçün başlıqların üzərinə "klik"ləyin.

Həmçinin, sistemdən istifadə ilə bağlı ətraflı təlimatla, habelə güzəştli mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə "www.mida.gov.az"  və ya "www.mida.az"  internet saytlarının ana səhifəsində yerləşən "Güzəştli Mənzil Elektron Sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.
 

Güzəştli mənzillər almaq istəyən, lakin elektron imzası olmayanların nəzərinə çatdırırıq ki, "Elektron imza"nı aşağıdakı ünvanlardan əldə etmək olar:

Məlumat üçün bildirək ki, Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim olunan "Elektron imza" sertifikatından istifadə tam pulsuzdur. 1 dəfə ödəniş edib, sertifikatı əldə etməklə 3 il müddətində heç bir xidmət haqqı olmadan tam ödənişsiz istifadə edilir. Bundan əlavə, "Elektron imza" beynəlxalq FİPS 140-2 təhlükəsizlik standartına uyğunlaşdırılmış, tam təkmil imzalama vasitəsidir. Ən əsası isə "Elektron imza" ilə aparılan əməliyyatlara müdaxilə mümkün deyil.
 

"Güzəştli mənzil" sisteminin fəaliyyəti ölkə vətəndaşlarını müasir memarlıq üslubunda yaşayış sahələri ilə təmin etməklə onların məişət şəraitini yaxşılaşdıracaq.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL