Dünya kompüter və planşetlər bazarında azalma davam edəcək
“International Data Corporation” analitik şirkəti 2021-ci ilədək olan müddət üçün qlobal kompüter və planşetlər bazarı üzrə proqnoz açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, şirkətin proqnozunda ənənəvi fərdi kompüter, noutbuk, işçi stansiyalar, eləcə də planşet və klaviaturası çıxarılabilən planşet noutbuklar haqqında məlumatlar nəzərə alınıb.
Ekspertlərin qiymətləndirməsinə görə, ötən il dünyada yuxarıda qeyd edilən kateqoriyaya aid təxminən 435 milyon qurğu tədarük edilib. Onun 260,1 milyon ədədi və ya ümumi tədarük həcminin 59,8 faizi kompüterlərin payına düşüb. Daha 174,9 milyon ədəd və ya 40,2 faiz planşet və planşet noutbuklar təşkil edib.
Proqnoza görə, 2021-ci ilədək qlobal fərdi hesablama qurğularının ümumi həcmi 405,2 milyon ədədədək azalacaq. Tədarük edilən kompüterlərin sayı 252,3 milyon, onların payı isə 62,2 faiz olacaq.
Planşet və hibrid qurğulara gəldikdə, onların satışı 153,0 milyon ədədədək azalacaq və nəticədə 37,8 faiz bazar payına sahib çıxacaqlar.
Analitiklər qeyd edir ki, beləliklə, 2021-ci ilədək olan müddətədək ortaillik azalma tempi 1,4 faiz səviyyəsində olacaq. Bu göstəricinin kompüterlər seqmentində 0,6 faiz, planşetlər və “ikisi birində” seqmentində 2,6 faiz təşkil edəcəyi gözlənilir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL