waplog

“LG G7” müasir “Snapdragon 845” prosessoru ilə təchiz ediləcək


Növbəti qabaqcıl “LG G7” smartfon modeli üzərində aktiv çalışan “LG Electronics” şirkəti perspektivli qurğunu “Qualcomm” şirkətinin güclü prosessoru ilə təchiz etməyi planlaşdırır. Söhbət “Snapdragon 835” ilə müqayisədə 30 faiz güclü olacaq “Snapdragon 845” prosessorundan gedir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, bu istiqamətdə işə mayın əvvəlində başlayan Cənubi Koreya istehsalçısının mütəxəssisləri yeni prosessorla bağlı “Qualcomm” şirkəti ilə sıx əməkdaşlıq edirlər. Əvvəllər analoji məlumatlar məşhur “Samsung” istehsalçısı haqqında yayılıb. Apreldə nümayiş edilən “Samsung Galaxy S8” qurğusu üçün “Snapdragon 835” versiyasına edilən çoxlu sifarişlər nəticəsində “LG” şirkəti qabaqcıl “G6” modelində həmin prosessorun quraşdırılmasından imtina etməyə məcbur olub. Belə ki, “Qualcomm” şirkətinin hər iki qurğunun təqdimatınadək lazımi sayda komplekt hissələri hazırlamaq üçün vaxtı çatmayıb və son nəticədə “LG G6” modelində “Snapdragon 821” versiyası quraşdırılıb.
 
Təqdimatı gələn ilin əvvəlinə nəzərdə tutulan “LG G7” smartfonunun yeni birkristallı sistemlə yanaşı, müasir “OLED” ekranla təchiz ediləcəyi gözlənilir.   

Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL