Raketlərin kosmosa buraxılması üçün təyyarə nümayiş etdirilib
ABŞ-ın “Microsoft” korporasiyasının həmtəsisçisi Pol Allen raketlərin kosmosa buraxılması üçün nəzərdə tutulan dünyanın ən böyük təyyarəsini düzəldib. Onun yanacaq sərfini xeyli azaltmağa kömək edəcəyi bildirilir.
“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, raketdaşıyıcısını ərsəyə gətirən “Stratolaunch Systems” şirkəti onun üzərində 6 il çalışıb. Mayın 31-də anqardan çıxarılan təyyarənin 28 təkərdən ibarət şassisi hava gəmisinin 249 ton təşkil edən çəkisini ilk dəfə daşıyıb. Qanadlarının uzunluğu 117 metr təşkil edən təyyarə dünyanın ən böyüyü hesab edilir.
Məlumata görə, “Stratolaunch Systems” raketləri havaya altı “Boeing-747” mühərriki ilə qaldırmağı planlaşdırır. İlk uçuşun 2019-cu ildə həyata keçiriləcəyi nəzərdə tutulur. İlk müştəri kimi özəl “Orbital ATK” şirkəti çıxış edir. Bununla əlaqədar müvafiq saziş oktyabrda imzalanıb.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL