2022-ci ilə kibercinayətlərdən dəyən zərərin həcmi 8 trilyon dollara yaxınlaşacaq
Britaniyanın “Juniper Research” analitik agentliyinin hesabatına görə növbəti beş ildə şirkət və təşkilatların məlumat itkisindən ümumi zərəri 8 trilyon dollara yaxınlaşacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, analitiklərin proqnozuna görə, kibertəhlükəsizlik sahəsində innovativ həllərin tətbiqinə baxmayaraq, 2017-ci ildə hakerlər tərəfindən oğurlanmış fərdi məlumatların həcmi 2,8 milyard təşkil edəcək və 2020-ci ilə bu göstərici 5 milyarda yaxınlaşacaq.
Hesabata əsasən, kiçik və orta biznes müəssisələri xüsusi riskə məruz qalırlar və belə təşkilatlar qoruyucu tədbirlərin reallaşdırılmasına orta hesabla təxminən 4 min dollar xərcləyirlər. Ekspertlərin fikrincə, kibertəhdidlərin artmasına baxmayaraq, növbəti beş ildə belə şirkətlərin kibertəhlükəsizlik sahəsinə xərcləri cüzi artacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL