waplog

“Dell” şirkəti virtual reallıq qurğularını dəstəkləyən monoblok kompüter təqdim edib


“Dell” şirkəti 30 may – 3 iyun tarixlərində Taybeydə keçirilən “Computex 2017” sərgisində virtual reallığa uyğunlaşdırılmış yeni “Dell XPS 27” monoblok kompüterini nümayiş etdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, yeni monoblok kompüter 3840x2160 piksel təsvir ölçülü 27 düymlük “IPS” ekran, 4,2 QHs-dək takt tezliyində işləyən dördnüvəli “Intel Core i7-7700” (yeddinci nəsil) prosessoru və 64 QB-dək əməli yaddaşla təchiz edilib. Monoblok virtual reallıq şlemləri ilə iş rejimini dəstəkləyir.
 
2048 axın prosessoru və 8 QB-lıq “GDDR5” yaddaşına malik “AMD Radeon RX 570” diskret sürətləndiricisi qrafikanı təmin edir. Həmçinin 2 TB-dək sərt disk və 512 QB-lıq SSD disk dəstəklənir. Daxili audiosistem 10 dinamikdən ibarətdir.
 
Monoblok kompüterin ölçüləri 625x435x80 mm təşkil edir. “Wi-Fi 802.11as”, “Bluetooth” simsiz rabitə modulları, “Gigabit Ethernet” şəbəkə interfeysi, veb-kamera, “USB 3.0 Type-A”, “Thunderbolt 3/USB Type-C”, “HDMI”, “DisplayPort 1.2” konnektorları və SD/MMC yaddaş kartları üçün slot mövcuddur.
 
“Dell XPS 27” monoblok kompüterinin qiyməti 2000 dollardır.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL