“Microsoft” şirkəti “Skype” proqramında genişmiqyaslı yeniləməyə başlayır
“Microsoft” şirkəti “Skype” servisində genişmiqyaslı yeniləmə elan edib. Messenceri tamamilə yeniləmiş proqram nəhənginin nümayəndəsi bildirib ki, mesajların mübadiləsi üçün yeni nəsil “Skype” təqdim ediləcək. “Microsoft” şirkəti “iMessage”, “WhatsApp”, “Messenger”, “Snapchat” və başqa populyar messencerlərlə rəqabət aparmaq üçün “Skype” proqram təminatının köhnə dizaynını tamamilə yeniləyib. Yeni interfeys 3 əsas bölmədən ibarətdir: "Axtarış", "Çat" və "Çəkiliş". Əksər yeni funksiyalar “Snapchat” və “Messenger”dən götürülüb.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, istifadəçi "axtarış" bölməsində öz yazışmaları üzrə mesajları axtara bilər.
"Çat" adlı ikinci bölmə adından məlum olduğu kimi, yazışma, zənglər və sairi əhatə edir.
“Çəkiliş” adlı üçüncü bölməyə daxil olduqda şəkil və ya video çəkilişi üçün kamera funksiyası işə düşür. Çəkilmiş məzmunun üzərinə stikerlər, imza və qeydlər əlavə etmək olar. Beləliklə, “Microsoft” şirkəti son trendlərdən geri qalmağı düşünmür.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL