waplog

“Qualcomm” prosessorları ilə təchiz edilmiş ilk “Windows” sistemli kompüterlər istehsal ediləcək


"Microsoft" şirkəti Taybeydə keçirilən "Computex" sərgisində "Qualcomm" şirkətinin mobil "ARM" prosessorları ilə təchiz ediləcək "Windows 10" sistemli ilk fərdi kompüterləri elan edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, "Microsoft"un rəsmiləri bildiriblər ki, yeni "Qualcomm Snapdragon 835" prosessoru ilə təchiz ediləcək noutbukların istehsalı ilə "Asus", "HP" və "Lenovo" şirkətləri məşğul olacaqlar. Həmçinin "Microsoft" və "Qualcomm" şirkətlərinin nümayəndələri qeyd ediblər ki, gələcək fərdi kompüterlərdə enerji sərfiyyatı daha da yaxşılaşacaq və "LTE" şəbəkələrinin dəstəyi təmin ediləcək.
 
"Qualcomm" və "Microsoft"un nümayəndələri "Asus", "HP" və "Lenovo" şirkətlərinin istehsalı olan yeni fərdi kompüterlərin təqdimetmə tarixini açıqlamayıblar. Bundan əvvəl "Qualcomm" şirkətinin icraçı direktoru Stiv Mollenkopf qeyd edib ki, "ARM" prosessorlarla təchiz edilmiş və "Windows 10" sistemi ilə işləyən ilk kompüterlər cari ilin 4-cü rübündən tez əlçatan olmayacaq.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL