waplog

“iOS” sistemli qurğular üçün yeni elektron qələm təqdim olunub


“Wacom” şirkəti “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün nəzərdə tutulan “ağıllı” “Bamboo Sketch” qələmini (stylus) nümayiş etdirib. “iPhone” və “iPad” qurğuları ilə uyğunluq təşkil edən stilusun rezin hissəsinin karbonla örtülməsi ekranla təması rahat və təbii edir.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, qurğu əlavə dəqiqliyə ehtiyac duyan peşəkarlar üçün nəzərdə tutulub. Adi stiluslara nisbətən tam funksionallığı təmin edən aktiv “Wacom Bamboo Sketch” qələminin uc hissəsi 2048 basılma səviyyəsini qeydə alır.  

Məlumata görə, qurğu “Apple” smartfon və planşetləri ilə “Bluetooth” interfeysi vasitəsilə bağlantı yaradaraq onlarla işləyə bilir. Akkumulyatorun avtonom iş vaxtı 15 saat təşkil edir.

“Wacom Bamboo Sketch”, həmçinin bir sıra əlavələrlə, o cümlədən “Bamboo Paper”, “ArtRage”, “Autodesk SketchBook”, “Concepts” və “MediaBang Paint” ilə işləyir. Qurğunun gələcəkdə digər qurğularla da uyğunluq təşkil edəcəyi gözlənilir.

Yeni “Wacom” qələminin ABŞ-da satış qiyməti 80 dollar, Avropada 90 avro təşkil edir.

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL