waplog

Yaxın vaxtlarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytı istifadəyə veriləcək


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə "www.mincom.gov.az" saytında Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adının dəyişdirilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kimi qeyd edilməməsi ilə bağlı yer alan məlumatlara reaksiya verib.  

Nazirliyin açıqlamasında həmin məlumatların əsassız olduğu bildirilir: "Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2017-ci il tarixində  Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində Təftiş Komissiyası işini davam etdirir.  Hazırda iki nazirliyin birləşmə prosesi aparılır. Yeni yaradılan nazirliyin Əsasnaməsi və Strukturu təsdiq edildikdən sonra nazirliyin yeni yaradılan saytı və domen ünvanı da zəruri dəyişikliklər edilərək ictimaiyyətə təqdim olunacaq.

Hazırda həm Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytı (www.mincom.gov.az) həm də Nəqliyyat Nazirliyinin saytı (www.mot.gov.az) istifadəçilərin ixtiyarındadır.  KİV-də qeyd olunanların əksinə olaraq, hər iki saytda ölkə başçısının müvafiq Sərəncamları "Qanunvericilik" bölməsinin "Sərəncamlar" alt bölməsində yerləşdirilib. 

Media nümayəndələrindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq görülən tədbirləri kontekstindən çıxartmayaraq cəmiyyətə savadlı formada çatdırmaqda səylərini əsirgəməməyi xahiş edirik". 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL