waplog

Növbəti “Windows 10” yenilənməsi mobil qurğuları sıradan çıxarır


"Microsoft" korporasiyasının fərdi kompüter və mobil qurğular üçün "Windows 10" əməliyyat sisteminin növbəti yenilənməsi smartfon və planşetləri sıradan çıxararaq fasiləsiz yükləmələr edir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, 16212 yenilənməsi buraxılış üçün nəzərdə tutulmasa da, səhvən insayderlərə və "Windows Insider" proqramında iştirak etməyən bəzi istifadəçilərə göndərilib. 16212 yeniləməsinin quraşdırıldığı mobil qurğunun işinin bərpası üçün yeganə üsul "Windows Device Recovery Tool" vasitəsilə funksiyaları ləğv etməkdir. Lakin bu halda qurğuda saxlanılan bütün faylların itməsi mümkündür.
 
Bildirilir ki, sazlama ləğv edildikdən sonra problemli qurğu sahibi "Windows Insider" proqramında yenidən qeydiyyatdan keçməli olacaq. Nəzərə almaq lazımdır ki, əməliyyat sisteminin "Windows Insider" çərçivəsində təqdim edilən yenilənmələrində səhvlərin olmasına görə onlar işçi qurğularında quraşdırılmaq üçün nəzərdə tutulmayıb.
 
Qeyd edək ki, 2014-cü ildə "Microsoft" tərəfindən nümayiş etdirilən "Windows Insider" "Windows 10" əməliyyat sistemi yeniləmələrinin beta sınaq proqramıdır. 2015-ci ildə proqram iştirakçılarının sayı 7 milyon təşkil edib.
 
"Windows Device Recovery Tool" proqram təminatının bərpası və əvvəlki "Windows Phone" versiyalarından imtina üçün nəzərdə tutulan "Microsoft" alətidir. Proqram "Windows Phone 8.0/8.1" və "Windows 10" sistemlərindən istifadə edən "HTC" və "LG", eləcə də "Lumia" qurğuları ilə işləyir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL