“iOS 11” sistemi üçün fayl meneceri istifadəyə verilib
"Apple" şirkətinin "App Store" mağazasında "Files" proqramı istifadəyə verilib. Bu, "iPhone" smartfonuna yüklənən sənədlərin redaktə edilməsi prosesini sadələşdirəcək fayl meneceridir. "WWDC17" ümumdünya proqram tərtibatçıları konfransından 10 saat əvvəl istifadəyə verilən əlavə "iOS 11" əməliyyat sistemi üçün nəzərdə tutulub. Proqramın yeni versiyasının təqdimatının bugünkü tədbir çərçivəsində baş tutacağı gözlənilir.
"ICTnews" Elektron Xəbər Xidməti "theRunet" resursuna istinadən yazır ki, məlumata görə, "Apple" şirkətinin informasiyanı istifadəçilərin marağını artırmaq üçün qəsdən sızdırdığı ehtimal olunur. Proqram tərtibatçısı Stiv Troton-Smit yeni əlavəyə diqqət yetirib. Onun sözlərinə görə, əlavəyə tələblərdə qeyd edilib ki, smartfonda "iOS 11" əməliyyat sistemi quraşdırılmalı, işarədə (icon) ənənəvi "Apple" üslubunda qovluq göstərilməlidir.
Proqram tərtibatçısı "Twitter" səhifəsində yazıb ki, "iOS 11" sistemindən əvvəl "App Store" mağazasında "Files" proqramının prototipi istifadəyə verilib. Ondan istifadə üçün "iOS 11.0" və ya sistemin sonrakı versiyası tələb olunur.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL