Dünyada ilk 5 nanometrlik tranzistor təqdim edilib
ABŞ-ın “IBM” korporasiyası “GlobalFoundries” və Cənubi Koreyanın “Samsung” şirkəti ilə əməkdaşlıq çərçivəsində 5 nanometrlik (nm) mikrosxemlər üçün ilk tranzistor hazırlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, yeni texnologiya insan dırnağı ölçüsündə olan çipdə 30 milyardadək tranzistor yerləşdirməyə və ondan ən müxtəlif qurğularda istifadəyə imkan verir. Müqayisə üçün, şirkət tərəfindən 2 il əvvəl təqdim edilmiş dünyada ilk 7 nm-lik çiplər 20 milyard tranzistordan ibarət olub.
Şirkətin məlumatına görə, mikrosxemdə yerləşdirilmiş tranzistorların daha yüksək sıxlığı onlar arasında ötürülən siqnalın sürətini artırır. “IBM” şirkətinin nümayəndələri qeyd ediblər ki, 5 nm-lik həllər indiki 10 nm-lik həllərdən 40% daha məhsuldar və enerji cəhətdən 75% səmərəlidir. Məsələn, smartfonlarda yeni çiplərin tətbiqi perspektivdə qurğuların avtonom işləmə vaxtını 2-3 dəfə artırmağa imkan verəcək.
5 nm-lik çiplərin kütləvi istehsal tarixi dəqiq məlum deyil. Təxmin edilir ki, belə çiplər 2020-ci ildə bazara çıxarılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL