Dünyada ən tutumlu batareya ilə təchiz edilmiş smartfon satışa çıxarılıb
Çinin “OUKITEL” şirkəti yeni “K10000 Pro” smartfonunu təqdim edib.
“K10000 Pro” smartfonunda akkumulyator batareyasının tutumu adından göründüyü kimi, 10 min milliamper/saat təşkil edir. Bu o deməkdir ki, gözləmə rejimində smartfon 770 saatadək və ya 33 gün işləyə bilir. Güclü adapter sayəsində 2,5 saat ərzində aparatın akkumulyatorunu 100% səviyyəsində enerji ilə doldurmaq olar.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “K10000 Pro”, həmçinin istifadəçiləri öz görünüşü və məhsuldarlığı ilə heyrətləndirir. Smartfon təbii buzov dərisindən işlənib və metal korpusa malikdir, 3 QB əməli yaddaş, “ARM Mali-T860” qrafik çipi və səkkiznüvəli “MT6750T” prosessoru ilə təchiz edilib.
“OUKITEL K10000 Pro” smartfonunun qiyməti 219,99 dollardır, aksiya çərçivəsində 179,99 dollara satın almaq olar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL