Robot ali məktəbə daxil olmaq üçün riyaziyyatdan test imtahanı verib
Çində düzəldilmiş “AI-MATHS” robotu Çendu (Cənub-Qərb Çin) şəhərində ali məktəblərə daxil olmaq üçün vahid dövlət imtahanı zamanı riyaziyyatdan test imtahanı verib.
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, “AI-MATHS” robotu riyaziyyat üzrə test imtahanının iki variantını həll edib. Robot test imtahanının Pekin variantını internetdən istifadə etmədən 22 dəqiqəyə həll edib və mümkün 150 baldan 105 bal toplayıb. Robot başqa test variantında 100 bal yığmağa müvəffəq olub.
Robotun istehsalçısı olan şirkətin əsas icraçı direktoru Lin Xuey deyib ki, insan test imtahanının həllinə 2 saat vaxt sərf edir. O əmindir ki, robot gələn il öz nəticələrini yaxşılaşdıraraq 130-dan yuxarı bal toplaya biləcək.
Fevralda “AI-MATHS” robotu riyaziyyat testindən 93 bal toplayıb, keçid balı 90 bal olub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL