waplog

Yeni dron bütün istiqamətlər üzrə uçacaq


İsveçrədə bütün istiqamətlər üzrə sərbəst hərəkət edən pilotsuz uçan aparat yaradılıb. Əksər dronlar havada üfüqi şəkildə qaldığı halda, “Voliro” adlanan aparat istənilən əyilmə bucağı altında asanlıqla hərəkət edə bilir. Buna bütün tərəflərə dönən altı müstəqil propeller sayəsində nail olmaq mümkün olub.

“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, pilotsuz uçan aparat İsveçrənin Sürix Ali Texniki Məktəbinin (ETH Zürich) və Sürix İncəsənət Universitetinin (ZHdK) 11 tələbəsi tərəfindən ərsəyə gətirilib. Onlar layihə üzərində 9 ay çalışdıqdan sonra iyunun əvvəlində aparatın ilk prototipini təqdim ediblər.

Təqdim edilən videoda dron əvvəlcə qapalı yerdə, sonra küçədə uçur. Ayaqlarla təchiz edilən aparatın vintləri xüsusi altıbucaqlarla qorunur. O, havada sanki rəqs edir, piruetlər edir və arxası üstə çevrilir.  

Gələcəkdə aparatın mərkəzdə quraşdırılan kürə sayəsində döşəməyə perpendikulyar uçması və yerə enməsi nəzərdə tutulur. Dronun satışa çıxarılacağı barədə məlumat verilmir.

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL