waplog

Yeni “Apple” prosessoru məhsuldarlıq rekordu qazanıb


Yeni “Apple A10X Fusion” prosessoru “AnTuTu” şirkətinin keçirdiyi testdə mütləq məhsuldarlıq rekorduna imza atıb. Bu barədə proqram tərtibatçılarının saytında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, yeni “iPad Pro” planşet modelinə quraşdırılan çip 6 nüvə prosessoruna və 12 “GPU” nüvəsinə malikdir. Sınaqlar zamanı planşet 234 min bal toplayıb. Müqayisə üçün qeyd edək ki, “iPhone 7” smartfonu 180 min, “Samsung Galaxy S8” modeli 200 min bal toplayıb. Həmçinin, planşet “Geekbench” testində 9 min xal göstəricisi ilə rekord nəticəyə nail olub.

“AnTuTu” prosessorun gücü, operativ yaddaşın və qrafik sistemin sürəti, eləcə də toplayıcının işinin sürəti kimi parametrləri qiymətləndirir. Proqram mobil qurğuların məhsuldarlığının ən populyar testlərindən biridir.  

Yeni 10,5 düym diaqonallı ekrana malik “iPad Pro” planşetləri Kaliforniyada “WWDC 2017” konfransında nümayiş olunub. Qurğu 12 meqapikselli optik sabitləşdirici kamera ilə təchiz edilib.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL