Dubay aeroportunda pasport yoxlanışında smartfonlardan istifadə ediləcək
Dubay Beynəlxalq Aeroportundan uçub gedən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sakinləri bundan sonra yoxlama prosesindən keçən zaman pasport əvəzinə smartfonlardan istifadə edə biləcəklər.
“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, tezliklə hava limanının bütün terminallarında istifadəyə veriləcək yeni texnologiya “Smart UAE Wallet” mobil əlavəsində tətbiq edilib. O, smartfonda pasport və enmə talonu barədə məlumatların saxlanılmasını nəzərdə tutur. Texnologiyadan yararlanmaq üçün sərnişindən smartfonla birlikdə nəzarət-buraxılış məntəqəsində “ağıllı” çıxışdan (Smart Gates) keçərək barmağı identifikasiya skanerinə yaxınlaşdırması tələb olunur.
Mütəxəssislərin fikrincə, yeni sistemin tətbiqi sərnişinlərin yoxlamadan keçməsi üçün ayrılan vaxtı 9-12 saniyə azaltmağa, eləcə də pasport və digər sənədlərin təhlükəsizliyini təmin etməyə imkan verəcək.
Qeyd olunur ki, BƏƏ sakinləri və ölkənin digər rezidentləri Dubay aeroportlarında sərnişinlərin 55 faizini təşkil edir. Bu səbəbdən sistem yaradıcıları texnologiyanın tətbiqinin insanların pasport yoxlanışında hərəkətlərinin sürətini artırmağa kömək edəcəyinə ümid edirlər. Perspektivdə BƏƏ sakinlərinin dövlət müəssisələrində sənəd təqdim etməmələri üçün sistemin təkmilləşdirilməsi nəzərdə tutulur. Bütün informasiyanın mobil əlavə ştrix-kodunda saxlanılması planlaşdırılır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL