Rusiyanın informasiya təhlükəsizliyi vasitələri istehsalçısı "Xalq kompüteri" layihəsinə qoşulub
Rusiyanın informasiya təhlükəsizliyi vasitələri istehsalçısı Dr.Web "Xalq kompüteri" layihəsinə qoşulub. Bu barədə BestCompGroup şirkətinin direktoru Rauf Həsənov bildirib.
"Ödənişsiz əsasda həyata keçiriləcək layihə çərçivəsində həmin istehsalçının həllərinin təqdim olunması iki həftədən sonra başlayacaq", - Həsənov deyib.
Bu məqsədlər üçün BestCompGroup şirkəti tərəfindən 15 min lisenziya alınıb. Hər bir instalyasiya olunmuş məhsulun lisenziyasının fəaliyyət müddəti yeddi aydır.
Dr.Web şirkətinin rəsmi distribüteri olan BestCompGroup son dörd ayda beş min lisenziya həyata keçirib.
Həsənovun sözlərinə görə, "Xalq kompüteri" layihəsi çərçivəsində Symantec antivirus şirkətinin həllərinin irəliləyişi yolverilməz şərtlərə görə dayandırılacaq.
Oktyabr 7-nə olan vəziyyətə əsasən, "Xalq kompüteri" layihəsi çərçivəsində 14310 personal kompüter satılıb ki, bunun da 80 faizi portativ texnikanın payına düşür.
Layihə çərçivəsində təklif olunan kompüterlər 12 aylıq faizsiz kreditlə bazar qiymətlərindən 25-40 faiz aşağı qiymətə satılır.
Layihə HP və Microsoft şirkətlərinin iştirakı ilə həyata keçirilir. Texnikanın tədarükü BestCompGroup şirkəti tərəfindən həyata keçirilir.
Alıcılara həm də KÜR firmasında istehsal olunan ADSL-modem və Azərbaycanın mobil operatorları - Azercell və Azerfonun DATA kartları da təklif edilir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL