waplog

Azərbaycan kibercinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir


Azərbaycan kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib.

"Azərbaycanın da qoşulduğu "Kibercinayətkarlıq haqqında" Konvensiya, beynəlxalq müdafiə sisteminin formalaşdırılması üçün geniş imkan verir", - Məmmədov bildirib.

Hazırda Avropa İttifaqının maliyyə dəstəyi ilə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan da daxil olmaqla, altı üzv ölkə üçün dəstək mexanizmi yaradılır və müxtəlif tədbirlər təşkil edilir.

"Nəzərə alsaq ki, kibercinayətkarlıqla mübarizə yeni istiqamətdir, bu prosesi əlaqələndirmək vacibdir. Azərbaycan bu və ya digər strukturun yaradılmasında effektiv əməkdaşlığı təmin etmək məqsədilə bu planda ölkələrin təcrübə və təkliflərini öyrənərək bütün beynəlxalq mexanizmlərindən istifadə edir", - Məmmədov bildirib.

MDB-yə üzv dövlətlərin Regional Rabitə Birliyi (RRB) çərçivəsində kiberməkanda təhlükəsizliyi təmin etmək üçün vahid mərkəzin yaradılması məsələsini şərh edərkən, o bildirib ki, belə təşkilatın yaradılması beynəlxalq səviyyədə qorunma baxımından az effektlidir.

"Regional Rabitə Birliyinin beynəlxalq akrkreditasiyası yoxdur. Azərbaycan RRB-nin digər üzv ölkələri kimi beynəlxalq konvensiyalar çərçivəsində kibercinayətkarlıqla mübarizədə qabaqcıl təcrübələri öyrənərək, beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə üstünlük verir", - Məmmədov əlavə edib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL