waplog

“Honor 9” smartfonu təqdim edilib


Gözlənildiyi kimi, Çində keçirilmiş xüsusi tədbirdə “Huawei” şirkəti “Honor 9” smartfonunu təqdim edib. Yeni aparatın xarakteristikaları texniki nöqteyi-nəzərdən, demək olar ki, cari ildə təqdim edilmiş “Huawei P10” smartfonu ilə eynidir.

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, “Honor 9” smartfonunun “Huawei P10”-dan əsas fərqi arxa kameranın yanında “Leica” loqotipinin olmamasıdır. Smartfon səkkiznüvəli “HiSilicon Kirin 960” prosessoru, 4 QB-lıq əməli yaddaş, 64 QB-lıq daxili yaddaş, 20 meqapiksellik ağ-qara və 12 meqapiksellik rəngli sensordan ibarət ikili kamera ilə təchiz edilib.

Qurğunun displeyinin diaqonalı 5,15 düym, təsvir ölçüsü isə 1920×1080 nöqtə təşkil edir, cihaz, həmçinin 8 meqapiksellik ön kamera, barmaq izi skaneri, 3200 milliamper/saat tutumunda sürətli enerjidoldurma funksiyasına malik akkumulyatorla təchiz edilib. “Wi-Fi 802.11ac”, “4G VoLTE”, “Bluetooth 4.2” və “NFC” dəstəyi var. Telefonun ölçüsü 147,3×70,9×7,45 mm, çəkisi isə 155 qr-dır, “Android 7.0 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

“Honor 9” smartfonunun Çin bazarında standart qiyməti 338 dollar təşkil edir, 6 QB-lıq əməli yaddaşa malik modelin qiyməti 397 dollardır, daha güclü konfiqurasiyaya malik modelin qiyməti isə 441 dollara bərabərdir. 16 iyunda Çində satışa çıxarılacaq yeni aparat 4 rəngdə (göy, qızıl, boz və qara) əlçatan olacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL