waplog

Koreyanın Sunqşil Universitetində Azərbaycanın "Elektron Hökumət" modeli barədə seminar keçirilib


"Elektron hökumət" portalının (www.e-gov.az) istifadəyə verilməsi ilə ölkəmiz elektronlaşmada yeni bir mərhələyə keçid etmiş oldu. Bu mərhələ vahid məkandan rahat xidmətlərin təqdim olunması üçün yerli və mərkəzi icra orqanlarının fəaliyyətini birləşdirdi. Bu dövrü müxtəlif sahələr üzrə fəaliyyət göstərən idarəetmə strukturlarını vətəndaşlara yaxınlaşdıran vahid standartlar dövrü kimi də təsnif etmək olar.
 
Və artıq 5 illik fəaliyyətin müsbət nəticəsindən ölkənin xaricdə təhsil alan tələbələri də inamla danışır. Koreyada Sunqşil Universitetində “İT mühəndislik” ixtisası üzrə təhsil alan həmvətənimiz Leyla Əliyeva Azərbaycanın "Elektron hökumət" modeli və “elektron imza” barədə tələbələrə seminar keçirib.
 
Təqdimat ərzində "Elektron hökumət" portalının texniki infrastrukturu və portal əyani olaraq tələbələrə nümayiş etdirilib. Həmçinin, elektronlaşmanın mühüm elementi olan “elektron imza”nın tətbiqindən bəhs olunub.
 
L.Əliyeva "Elektron hökumət" portalına 42 qurumun fəaliyyət məkanı, həmçinin sosial məsələlərə innovativ yanaşmanın ünvanı kimi baxdığını söyləyib. O, zaman-zaman portalın arayış xidmətlərindən istifadə etdiyini bildirib, bu elektron xidmətlərin vaxta, kağıza, işçi potensialına qənaət özəlliyini vurğulayıb.
 
Seminar sual və müzakirələrlə yekunlaşıb.









NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL