Stiv Cobsun ölümünə görə yeni smartfonun təqdimatı təxirə salınıb
“Google” və “Samsung” şirkətləri oktyabr ayının 11-də keçirilməsi nəzərdə tutulmuş “Nexus Prime” smartfonunun təqdimat tarixini başqa günə keçiriblər. Bu barədə “Stuff” yazıb.
Tədbirin başqa günə keçirilməsinin səbəbi bildirilmir. “Pocket-lint” qeyd edir ki, aparatın elanı “Apple”-ın keçmiş rəhbəri Stiv Cobsun ölümünə görə təxirə salınmış ola bilər.
"Hal-hazırda yeni məhsulun elanı üçün uyğun vaxt deyil – “Google” və “Samsung”un bəyanatında deyilib. Təqdimatın keçirilməsinin yeni tarixi və yeri yaxın vaxtlarda elan ediləcək".
“Nexus Prime” “Nexus” smartfonları xəttinin davamı olacaq. Onlar “Google” brendi altında istehsal edilir. “Google”-un “Nexus Prime” aparatını Cənubi Koreyanın “Samsung” şirkəti istehsal edəcək.
Hələlik onun xüsusiyyətləri haqqında rəsmi məlumat yoxdur, lakin oktyabr ayının 6-da anonim mənbəyə istinadən “BGR” bloqu bildirib ki, “Nexus Prime” “Android”in yeni versiyası – “İce Cream Sandwich” əsasında olan ilk aparat olacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL