İsveçdə ən uğursuz texnologiya cihazlarının muzeyi açılıb
İsveçin Helsinborq şəhərində "uğursuz texnologiya məhsullarının muzeyi" (Museum of Failures) açılıb. Muzeyin kuratoru 43 yaşlı kliniki psixoloq Semyuel Uest 51 eksponat toplayıb.
"Bilirik ki, innovasiya layihələrinin 80-90%-i uğursuzluğa düçar olur, amma çoxları bundan xəbərsizdir – Uest deyir. Əgər biz bu uğursuzluqlardan qismən də olsa faydalana bilsək, bu uğurdur". Əsas İT uğursuzluqlar kolleksiyasına, məsələn, birdəfəlik “DivX” DVD diskləri (bu disklər 2 gün sonra işləməyib), adi istehlakçılar tərəfindən istifadə üçün yararsız kimi tanınmış və satışa çıxarılmamış “Google Glass” smart eynəyi və “Nokia N-gage” smart eynəyi daxildir.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, eksponatlar arasında, həmçinin “Newton” kompüteri var. Bu kompüter ölçüsünə, bahalı olmasına və əllə daxil etmənin pis tanınmasına görə tənqid edilib. 1993-cü ildə satışa çıxarılmış məhsul bazarda uğur qazanmayıb, ancaq “Apple” bu təcrübəni “iPhone” və “iPad” qurğularının yaradılması zaman nəzərə almışdı.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL