waplog

“OnePlus 5” rəsmən təqdim edilib


“OnePlus” şirkəti “OnePlus 3” və “OnePlus 3T” smartfonlarını əvəz edəcək yeni qabaqcıl “OnePlus 5” modelini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, 1920 х 1080 piksel təsvir ölçülü 5,5 düym diaqonallı “Optic AMOLED” ekrana malik qurğu “Qualcomm Snapdragon 835” prosessoru əsasında işləyir. Modifikasiyadan asılı olaraq smartfon 6-8 giqabayt operativ və 64 və ya 128 giqabayt quraşdırılmış yaddaşla təchiz edilir.

Bundan başqa, yeni qurğu iki moduldan (16 meqapikselli enlibucaqlı Sony IMX 398 və 20 meqapikselli teleskopik Sony IMX 350) ibarət əsas kameraya malikdir. Smartfonun ön panelində 16 meqapikselli “Sony IMX 371” sensoru quraşdırılıb.

Məlumata görə, akkumulyator tutumu 3300 milliamper/saat təşkil edən smartfon “LTE” standartını və 2 SİM kartdan istifadəni dəstəkləyir, eləcə də barmaq izi skanerinə, “USB Type-C” portuna və qulaqcıq üçün 3,5 millimetrlik çıxışa malikdir. Həmçinin, qurğu “OxygenOS” interfeysli “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Artıq qara və boz rəngli “OnePlus 5” üçün ilkin sifarişlərin qəbuluna başlanılıb. Smartfonun iyunun 27-dən etibarən 479- 539 dollara satışa çıxarılması planlaşdırılır.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL