Əl baqajı üçün “3D” skanerlərin sınaqları keçirilir
ABŞ Nəqliyyat Təhlükəsizlik İdarəsi əl baqajlarını üçölçülü skaner texnologiyası vasitəsilə yoxlamağa başlayıb. Metodika partlayıcı maddənin daha effektiv aşkarlanmasına kömək edir.
“ICTnews” Elektron Xəbər Xidməti “RSUTE” resursuna istinadən yazır ki, söhbət kompüter tomoqrafiyasından gedir. Texnologiyadan artıq baqaja təhvil verilən çantaların skan edilməsi üçün istifadə olunur. Hazırda idarə nümayəndələri onu “Phoenix Sky Harbor” Beynəlxalq Aeroportunun nəzarət-buraxılış məntəqələrinin birində əl baqajı ilə işdə sınaqdan keçirirlər.
Məlumata görə, kompüter tomoqrafiya skanerləri daha yaxşı baxış bucağının əldə edilməsi üçün döndərməyə imkan verən üçölçülü təsvir yaradırlar. Bunun sayəsində yoxlamanı aparan şəxslərə şübhəli çantaları seçmək və açmaq hüququ verilir.
Sınaqlar “American Airlines” aviaşirkətinin iştirakı ilə aparılır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL