waplog

Dronlar divarların arxasında gizlədilmiş obyektin 3D təsvirini əldə etməyi öyrəniblər


3 il bundan əvvəl Kaliforniya Universitetinin alimləri kərpicdən hörülmüş divarların arxasında gizlədilmiş obyektlərin ikiölçülü təsvirlərini əldə etmək üçün yerüstü robotlardan istifadə ediblər. İndi pilotsuz uçan aparatlardan istifadə edən alimlər analoji obyektlərin 3D təsvirlərini əldə ediblər. Bu texnologiya axtarış-xilasetmə əməliyyatlarının keçirilməsində, arxeoloji qazıntılar zamanı və bir çox başqa hallarda istifadə edilə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, texnologiya yoxlanan ərazinin ilkin ölçülərini tələb etmir.

Yerüstü robotlar “Wi-Fi” texnologiyasının köməyi ilə yalnız 2D təsvirlər əldə etdikləri halda, pilotsuz təyyarələrin müxtəlif istiqamətlərdə uçmaq qabiliyyəti obyektlərin müxtəlif bucaqlardan təhlilinə imkan verib. Nəticədə alimlər kərpicdən hörülmüş divarların arxasında gizlədilmiş obyektin 3D təsvirini əldə etməyə müvəffəq olublar.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL