waplog

Elastik noutbuk konsepti nümayiş olunub


“Lenovo” şirkəti displeyə zərər vurmadan qurğunu qatlamağa və açmağa imkan verən elastik ekranlı noutbuk konsepti təqdim edib. Lakin burada söhbət mobil kompüter prototipindən getmir, Çin istehsalçısı, sadəcə, belə qurğuların yaradılması ideyası ilə çıxış edir.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, elastik konstruksiya displeyin diaqonalını artırmağa imkan verməklə noutbukun kompakt qabaritlərini saxlayacaq. Sensor ekranla həm barmaqlarla, həm də elektron qələmlə (stilus) işləmək mümkün olacaq. Sensorlu panelə malik olmayan qurğu klaviatura və tenzometrik “joystick”lə təchiz ediləcək.

“Lenovo” nümayəndələri noutbukun istehsal müddəti barədə məlumat verməkdən imtina ediblər.

Qeyd edək ki, istehsalçıların mütəmadi qurğuların konsept və işlək prototiplərini nümayiş etdirmələrinə baxmayaraq elastik displeyli smartfonlar indiyədək satışa çıxarılmayıb.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL