waplog

“Facebook” istifadəçilərinin fotoşəkillərinin mühafizəsi gücləndiriləcək


"Facebook" sosial şəbəkəsi istifadəçilərin fotoşəkillərini kopyalamaqdan qorumaq üçün yaradılan yeni funksiyanı sınaqdan keçirir.  Müvafiq layihə "Photo Guard" adlanır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Planet Today" resursuna istinadən yazır ki, "Facebook" rəsmi nümayəndələrinin sözlərinə görə, "Photo Guard" profil fotoşəkilinin mümkün kopyalanmasını 70 faiz azaldır.
 
Məlumata görə, sosial şəbəkə istifadəçiləri funksiyanı aktivləşdirməklə digər istifadəçilərə öz profillərindən fotoşəkil yükləməyi, eləcə də orada dostları qeyd etməyi qadağan etmiş olacaqlar.
 
Lakin yenilikdə diqqəti daha çox "Photo Guard" funksiyasının istifadəçi fotoşəkillərinin skrinşotlarının yaradılmasının qadağan edilməsinin aktivləşdirilməsi cəlb edir. Texniki baxımdan skrinşotların yaradılmasının qadağan edilməsinin tətbiqi tam aydın olmasa da, mütəxəssislər qeyd edir ki, funksiya "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən əksər qurğularda işləyir.
 
 
"Facebook"un sınaq "Photo Guard" funksiyası hazırda yalnız Hindistan ərazisində istifadəyə verilib, lakin gələcəkdə sosial şəbəkənin proqramın coğrafiyasını genişləndirəcəyi gözlənilir.
 
Qeyd edək ki, istifadəçilərin sosial şəbəkə səhifələrində yüklədikləri fotoşəkillərin qeyri-qanuni kopyalanması çoxdankı və ciddi problemdir. Praktikadan məlum olur ki, onu həll etmək heç də asan deyil.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL