waplog

“Samsung” şirkəti “Galaxy Folder 2” smartfonunu təqdim edib


“Samsung” şirkəti Cənubi Koreyada açılıb bağlanan form-faktoruna malik “Galaxy Folder 2” (“SM-G1650” modeli) telefonunun satışına başlayıb.

İkinci nəsil “Galaxy Folder” aparatı iki variantda (“3G” və ya “LTE” modulla) əlçatandır. Smartfon 1,4 QHs takt tezlikli dördnüvəli “Snapdragon 425” prosessoru, 2 QB-lıq əməli yaddaş və 16 QB-lıq fləş daşıyıcı ilə təchiz edilib. “MicroSD” kartın qoşulması sayəsində daxili yaddaşın tutumu 256 QB-dək artırıla bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, 8 düymlük displeyin təsvir ölçüsü WVGA formasındadır. Telefonun korpusunda ayrı-ayrı funksiyalara (mesaj, kamera və sosial şəbəkələrə) sürətli giriş üçün bir neçə fiziki düymə yerləşdirilib. Çıxarılıb taxılan akkumulyatorun tutumu 1950 milliamper/saat təşkil edir. İşıq diodu işıqlandırıcısına malik əsas kameranın təsvir ölçüsü 8 meqapiksel, ön kamerada isə 5 meqapikseldir. Aparat “Android 6.0.1” sisteminin idarəetməsi ilə işləyir.

“Galaxy Folder 2” smartfonunun ölçüləri 122x60,2x15,4 mm, çəkisi isə 160 qr-dır. Qiyməti 297 min vondur (təxminən 260 dollar).

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL