Dünyada ən böyük və şəffaf displey yaradılıb
Cənubi Koreyanın “LG Display” şirkəti dünyada ən böyük elastik və şəffaf displey yaradıb. “The Korea Herald” nəşri şirkətin bəyanatına istinadən yazır ki, 77 düymlük yeni displey 3840x2160 piksel təsvir ölçüsü, 40% şəffaflıq əmsalı və 80 mm-lik əyrilik radiusuna malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “LG Display” şirkətinin rəsmiləri hesab edirlər ki, yeni həll müxtəlif sahələrdə tətbiq ediləcək. Məsələn, belə displey rəqəmli tablo, intellektual iş stolları, avtomobillər üçün informasiya-əyləncə sistemləri, artırılmış reallıq qurğularında istifadə edilə bilər. Texnologiyanın kommersiya istifadəsi haqda məlumat yoxdur.
“LG Display” şirkəti maliyyə dəstəyi 126,2 milyard von (110 milyon dollar) olan “Future Flagship Program” dövlət proqramı çərçivəsində elastik və şəffaf displeylər hazırlayır. Ölkənin Sənaye Nazirliyinin tapşırığı əsasında “LG Display” 2012-ci ildən bu layihəyə rəhbərlik edir.
Həmin vaxtdan “LG” şirkəti dəfələrlə öz uğurları haqda məlumat verib. Şirkət 2014-cü ildə dünyada ilk 18 düymlük elastik “OLED” ekran və eyni ölçülü şəffaf panel yaradıb. 2015-ci ildə “LG” öz həllini təkmilləşdirərək bükülə bilən 18 düymlük ekran nümayiş etdirib. 2015-ci ildə Cənubi Koreya nəhəngi 40% şəffaflıq əmsalına malik 55 düymlük şəffaf ekran təqdim edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL