“Ağıllı” oyuncaq uşağın emosiyalarını müəyyənləşdirəcək
İspaniya alimləri oyuncaqla oynayan uşağın emosional əhval-ruhiyyəsini müəyyənləşdirən və müvafiq tərzdə reaksiya verən “ağıllı” kukla yaradıblar. Oyuncağın daxilində süni intellektə yaxın alqoritmlər quraşdırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, Kastiliya - La-Mançi Universitetinin əməkdaşları tərəfindən yaradılan gəlincik ilk baxışdan adi kuklanı xatırlatsa da, çoxlu ötürücü və mürəkkəb proqram interfeysinin quraşdırıldığı yüksək texnologiyalı qurğudur.
Bildirilir ki, kukla onunla oynayanın emosiyaları haqqında informasiyanı toplamaqla uşaqlara cəmiyyətə adaptasiya səviyyəsini artırmaqda kömək edir.
Oyuncaq, həmçinin böyüklərlə də ünsiyyət yaradır. Qurğunun inkişaf etmiş funksionallığını təmin edən unikal alqoritmlər hətta onunla oynayan insanın əhval-ruhiyyəsini müəyyənləşdirə bilir.
Mütəxəssislərin sözlərinə görə, belə layihələr yüksək potensiala malik olsalar da, məsələn, hakerlər tərəfindən törədilən müəyyən təhlükələr yaradır. Çünki oyuncağın topladığı məlumatları ələ keçirən kibercinayətkarlar ondan ziyan vurmaq məqsədilə istifadə edə bilərlər.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL