Günəş enerjisi suyu duzdan səmərəli təmizləməyə kömək edəcək
Yer səthinin çox hissəsi su ilə örtülüb, ancaq duz bütün suyu içməyə yararsız edir. Suyun şirinləşdirilməsi duzlu sudan içməli su əldə etməyə imkan verir, ancaq bu, çox enerji tələb edən prosesdir. Yeni sistem günəş enerjisindən daha səmərəli istifadə və elektrik enerjisi sərf etmədən suyun duzdan daha sürətli təmizlənməsi üçün nanozərrəciklərlə işləyir.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, yeni sistem artıq alimlər tərəfindən sınaqdan keçirilib. Bu məqsədlə qalınlığı bir neçə millimetr, eni isə bir neçə poçt markası ölçüsündə olan qurğunun kiçik prototipindən istifadə edilib. Nəticədə alimlərin yeni həlli qurğunun hər kvadrat metri üçün içməli su istehsalını saatda 6 litrədək artırmağa imkan verib. İndi qurğunun 70x25 sm ölçüsündə daha böyük versiyası düzəldilib.
İstehsalçıların məlumatına görə, sistemin ölçüsünü asanlıqla böyütmək mümkündür.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL