waplog

Yatağı yığışdıran və yuxu zamanı temperaturu tənzimləyən "ağıllı" yorğan təqdim edilib


Kanadanın “Smartduvet” startapı tərəfindən təqdim edilmiş xüsusi astar adi yorğanı "ağıllı" edir və yuxu zamanı çarpayıda temperaturu tənzimləyir, həmçinin yatağı avtomatik yığışdırır. Artıq “Indiegogo” platformasında “Smartduvet Breeze” adlı qurğunun istehsalına vəsait toplama kampaniyasına start verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Smartduvet Breeze” xüsusi hava yoluna malik astardır, yorğana bərkidilir və çarpayının altında qurulmuş kiçik hava nasosuna birləşdirilir. Bu hava nasosunun köməyi ilə "ağıllı" yorğan səhərlər yatağı yığışdırır. Bundan başqa, xüsusi mobil proqram “Smartduvet Breeze” qurğusunun sahiblərinə çarpayının tən ortasından lazımi temperaturu təyin etməyə imkan verəcək və məsələn, nasos bir tərəfi soyudacaq, digər tərəfi qızdıracaq. Qurğunun yaradıcılarının sözlərinə görə, yuxu daha şirin olmaqla yanaşı, həm də elektrik enerjisinə sərf edilən xərclər azalacaq.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL