Klaviatura formasında kompüter hazırlanıb
Adi kompüterlərin hamısı, demək olar, eyni cür görünür: böyük korpus, monitor, klaviatura və "maus". Bu komponentlər böyük yer tutur, həmçinin mobil deyil və böyük miqdarda enerji sərf edir. Honkonqun "Acute angle" şirkəti bu stereotipi dəyişdirmək qərarına gəlib. Mühəndislər bütün əsas kompüter modullarını korpusdan ayıraraq onları yığcam klaviaturanın daxilində yerləşdiriblər.
"ICTnews" Elektron Xəbər Xidməti "techcult.ru" saytına istinadən yazır ki, "K2" mini-kompüteri "PCB" sistem lövhəsi, "Intel" prosessoru, videonüvə, 8 QB-dək əməli yaddaş, 128 QB-dək sərt disk və çoxlu portlarla təchiz edilib. Ən qabaqcıl (həm də ağır) modelin çəkisi 450 qr-dır.
Klaviatura formasında hazırlanmış kompüter yığcam olmaqla yanaşı, həm də az enerji sərf edir. Məsələn, "K2" modeli 10 Vatt elektrik enerjisi sərf edir. Masaüstü kompüterdə bu göstərici 60-80 Vattdır. Bunun sayəsində, "Acute angle" şirkətinin bütün modelləri soyutma sisteminə ehtiyac duymur və kuler olmadan yığıla bilər.
"K2" modeli "Windows 10 Home" əməliyyat sistemini dəstəkləyir. Mini-kompüterlərin standart modellərinin imkanları (təqdimatların hazırlanması, elektron poçt və ofis paketləri ilə iş, oyunlar, onlayn şopinq, musiqi və video) gündəlik məsələlərin əksəriyyəti üçün kifayətdir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL